Vüsalə Kərimovanın 1000 manatlıq libası AÇIQLAMA-FOTOLAR

Aparıcı Vüsalə Kərimova daha bir geyimi ilə bəzi həmkarlarını geridə qoymağı bacarıb. Onun prodüserliyini etdiyi müğənni Yaşar Cəlilovun ötən gün keçirilən toyuna geyindiyi libası böyük müzakirə obyektinə çevrilib.

V.Kərimovanın modelyeri Ülkər Həsənova SİA-ya aparıcının paltarı haqda ətraflı məlumat verib: "Vüsalə Kərimovanın 1 ildir ki, gözoxşayan libaslarını mən tikirəm. Müğənni Yaşar Cəlilovun da el şənliyinə geyindiyi paltarı da mən ərsəyə gətirmişəm. Həmin libası Vüsalə xanıma məhz ifaçının toyu üçün hazırladım. Xanım Kərimovanın açıq rəngli paltarını cəmi 4 saata tikmişəm. Həmin paltarın 1000 manat qiyməti var. Libasın parçası Türkiyədən gətirilib. Onu da xüsusi ilə qeyd edim ki, aparıcının tikdirdiyi libaslar 800 manatdan yuxarı olur".

Aparıcının sözügedən məclisdən olan fotolarını təqdim edirik:

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə