Acun Ilıcalı nəhayət evləndi FOTOLAR

Aparıcı-prodüser Acun Ilıcalı 8 ildir eşq yaşadığı Şeyma Subaşı ilə ailə həyatı qurub. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, cütlüyün nikah mərasimi Türkiyənin Marsel şəhərindəki səfirliyində baş tutub.Mərasimdə Ilıcalının şahidi yaxın dostu Esat Yontunç, Şeymanın şahidi isə bacısı Kübra Subaşı olub.

Nikahdan sonra cütlük helikopterlə sabah toy mərasimi keçirilən Fransanın St.Tropez şəhərinə gediblər.

Qeyd edək ki, Acun Ilıcalının Şeyma Subaşından Melisa adlı qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə