"Azərbaycana qarşı ən böyük xəyanəti AXC-Müsavat hakimiyyəti edib"

"Əvvəla, AXC-Müsavat hakimiyyətinin Azərbaycana vurduğu ən böyük zərər torpaqlarımızın işğal olunmasıdır". Bunu SİA-ya Açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, onların səriştəsizliyi, təcrübəsizliyi, vətənə xəyanəti, heç bir iş bacarmaması və bacarmadıqları halda böyük iddialarda olmaları təəccüb hissi doğurur: “Artıq Qarabağ münaqişəsi 30 ildir ki davam edir. Bizim inkişafımızı, bizim hər bir addımımızda kürəyimizdən vurulan böyük zərbəni, xəyanəti məhz onlar edib. Onların törətdiyi əməllər bunlardan ibarətdir. Bu səbəbdən biz Qarabağ münaqişəsini yaşayırıq”.

Deputat vurğulayıb ki, hazırda torpaqların işğaldan xilas olunması üçün Prezident İlham Əliyev çox böyük addımlar atır: “Düşünürəm ki, AXC-Müsavat cütlüyü iqtidarda çox yox, bir ay da artıq qalsaydı bugünkü müstəqil Azərbaycandan söhbət gedə bilməzdi. Əli Kərimli kimi satqınlar, Rəhim Qazıyev kimi xəyanətkarlar bu gün də ölkədə siyasi ab-havanın bulanmasını istəyirlər. Rəhim Qazıyev öz başına güllə çaxmaq əvəzinə, hələ də küçələrdə mitinq adı altında öz çirkin əməllərini həyata keçirməyə çalışır”.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə