İranda etirazlar nələrə səbəb ola bilər? ŞƏRH-ÖZƏL

“İranda mitinqlər və ya iğtişaşlar vasitəsilə hakimiyyətin dəyişəcəyi məsələsinə tam şəkildə düzgün olmazdı. Çünki, İran dövlətçilik ənənələri olan və hər hansı belə keçiriləcək narazılıq mitinqlərindən hakimiyyətin dəyişəcəyi inandırıcı görünmür”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

İranda islam ideyası ətrafında birləşən böyük bir qrupun olduğunu deyən siyasi şərhçi söyləyib ki, yanacağın qiymətinin qalxması ilə başlanan iğtişaşlara xarici dövlətlər tərəfindən də maraq olsa da, yaxın bir zamanda hakimiyyətin dəyişdirilməsi məsələsi mümkün deyil.

A.Nağıyev bildirib ki, nüvə proqramı ilə bağlı tətbiq olunan müxtəlif embarqolar, sanksiyalar İranda vəziyyəti gərginləşdirib və iqtisadi baxımdan bu ölkədə müxtəlif problemlər yaşanmaqdadır: “ Bu problemin qarşısının alınması istiqamətində müəyyən addımlar atılmalıdır. Məlumdur ki, İran dövləti də baş verənlərdən nəticə çıxararaq bu istiqamətdə addımlar atacaq.

Məlumat üçün nəzərinizə çatdıraq ki, İranda etirazların səbəbi noyabrın 15-də iqtisadi böhranla əlaqədar benzin üçün normanın tətbiq edilməsi və qiymətlərin qalxması ilə əlaqədardır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə