Təqib və nifrət dolu Ermənistanda qanun layihəsi oyunları

Bəyanat əvəzinə Ermənistanda qanun layihəsi təqdim etmək qərara alınıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzeti yazır.
Qəzet, İnsan Haqları və İctimaiyyətlə İşlər Daimi Komissiyasında müzakirə edilən vətəndaş cəmiyyəti nümayəndələrinin təqib edilməsi və nifrət dolu ifadələri ilə əlaqədar "Mənim addımım" partiyasının deputatı Taqui Kazaryandan müsahibə alıb.
Qəbul etdiyiniz bəyanata niyə yeni insanların qoşulmadığını, yalnız 20 deputatın imzaladığını soruşanda Taqui Kazaryan, bu passivliyin işçi qrupunun qanun layihəsi üzərində işə başlaması ilə bağlı olduğunu söyləyib.
"Mənim addımım" partiyasının hansısa qanadı barədə soruşduqda isə Kazaryan, partiyanın xüsusilə qanadları və ayaqları olmur, deyə çavab verib.
Göründüyü kimi, Ermənistanda hakim partiyanın deputatı verilən suallara belə məntiqi cavab tapa, yaxud cavab verə bilmir və təqib və nifrət dolu Ermənistanda qanun layihəsi oyunları getdiyi özünü biruzə verir. İndi Paşinyan komandasının bəyanatı qanunla layihəsi ilə əvəz etməklə heç nəyi dəyişə bilməyəcəyini partiyanın sıravi bir deputatı da yaxşı bilir və ona görə də suallara qeyri-müəyyən cavab verərək nala-mıxa vurduğunu da başa düşmək çətin deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...