“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı

“Qarabağ” klubu futbolçusu Nəriman Axundzadənin müqaviləsinin müddətini uzadıb. SİA xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

20 yaşlı hücumçu ilə yeni anlaşma daha dörd il müddətinə nəzərdə tutulub.

Nəriman Axundzadə ilə 2028-ci ilin iyununa qədər sözləşmə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə