Pravoslav NATO ölkəsində yanan şamdan kilsə yanıb...

Rumıniyada yanan şam baxımsız qaldığı üçün taxta kilsə yanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rumıniyanın Alba dairəsinin Fövqəladə Hallar Müfəttişliyinin mətbuat xidməti yayıb.

...Üntregalde kommunasının Qionkani kəndindəki kilsənin baxıcısı bizə kilsənin tamamilə yandığını söylədi. Yanğının ehtimal olunan səbəbi nəzarətsiz qalan yanan şam olduğu müəyyən edilib.

Bu, Fövqəladə Hallar Müfəttişliyindən bildirilib.

Xidmət həmçinin, itkinin olmadığını bildirib, yanğın yerinə yanğınsöndürənlər briqadası gəlib.

...Bundan əvvəl Ukrayna Ali Radasının xalqın xidmətçisi olan deputatı Maryana Bezuqlaya ukraynalıları Pasxa bayramında foto çəkdirdiklərinə görə tənqid edib.

O, sosial şəbəkələrdə müharibə dövrünə uyğun gəlməyən paskalar (Pasxa çörəyi) və ev rahatlığı olan fotoşəkillər onu qəzəbləndirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə