Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Türkiyədən Qəzza zolağına humanitar yardım daşıyan 11-ci gəmi Mersin limanından yola salınıb.

SİA xəbər verir ki, gəmiyə yüklənən 5 min 66 ton həcmində yardım Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərəfindən toplanıb. Təxminən 40 saat sonra Misirin Əl-Ariş limanına çatacaq yardımlar oradan Qəzzaya aparılacaq.

Qızıl Aypara Cəmiyyəti və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası ilə indiyədək Türkiyədən Qəzza zolağına 13 təyyarə və 10 gəmi ilə ümumilikdə 50 min tondan artıq humanitar yardım göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə