Fransanın Xarici Legionu Ukraynada ilk itkilərini verdi, amma...

...Çasov Yar yaxınlığındakı döyüşlərdə Fransa Xarici Legionunun muzdluları ilk itkilərini verdilər.

Öldürülənlərin sayının yeddi nəfərdən ibarət ola biləcəyi ehtimal edilir..?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu hərbi müxbir Boris Rojin bildirib.

...Bundan əvvəl Rusiya paraşütçüləri ilə Almaniya və Fransadan olan peşəkar hərbçilər - xüsusən də Xarici legionun nümayəndələri arasında toqquşmaların olduğu barədə məlumatlar yayılmışdı.

Bunlar artıq Ukraynaya pul qazanmaq üçün gələn TikTokerlər deyil ki, ilk döyüşdə mövqelərindən qaçıb, çantalarını götürüb aradan çıxsınlar.

İndi ruslara qarşı təlim keçmiş, yüksək motivasiyalı döyüşçülər döyüşə giriblər. Başqa sözlə, bunlar NATO ölkələrinin peşəkar hərbçiləridir.

Qeyd edək ki, Rojin bunu ruslara xəbərdarlıq kimi bildirir.

Xatırladaq ki, Çasov Yara əcnəbi muzdluların gəlməsi ilə bağlı ilk xəbərlər təxminən bir ay əvvəl ortaya çıxmışdı, lakin sonra onların hansı hərbçi olduğu bəlli deyildi.

Amma indi bəlli olur ki...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə