Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. SİA xəbər verir ki, Elçin "Instagram”da xanımı Aydan Rüstəmxanlını yenidən izləməyə başlayıb. Barışığın təsdiqi kimi isə digər diqqətçəkən detal Elçinin qaynı Cəmil Rüstəmxanlı ilə birgə foto paylaşması olub.

Qeyd edək ki, boşanma xəbərlərindən sonra Elçin tam açıqlama verməmiş, o, bu söhbətlər barədə üstüörtülü danışmışdı. Xatırladaq ki, cütlüyün Can adlı bir oğlu var.

Bütün xəbərlər Facebook səhifəmizdə