Bu tarixədək Ukrayna əks-hücuma keçməyəcək - Sallivan açıqladı

“ABŞ Konqresinin bu yaxınlarda təsdiqlədiyi Kiyevə yeni hərbi yardım paketi döyüş meydanındakı vəziyyəti dərhal kökündən dəyişdirə bilməyəcək". SİA xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Sallivan hələ də yaxın gələcəkdə Rusiya ordusunun Ukraynada uğurlarını gözlədiyini qeyd edib.

Onun sözlərinə görə, 2025-ci ilə qədər Ukraynanın yeni əks-hücumunu gözləmək lazım deyil:

“Eyni zamanda, onun perspektivləri çox böyük dərəcədə Konqres və Ağ Ev tərəfindən potensial sonrakı yardım paketlərinin təsdiqindən asılı olacaq. Eyni zamanda, alınan yardım Kiyevə cəbhəni saxlamağa və cavab tədbirləri üçün zəmin hazırlamağa kömək edəcək. Bununla belə, bu proqnozlar yalnız o halda aktual olacaq ki, Co Bayden bu ilin noyabrında yenidən ABŞ prezidenti seçilə bilsin”.

Bütün xəbərlər Facebook səhifəmizdə