Bərdədə üç otaqlı ev tamamilə yanıb

Bərdə rayonunda yanğın hadisəsi baş verib. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə