Bakıda həkim həyat yoldaşını bıçaqlayan ər saxlanıldı

Bakıda arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, paytaxtın Suraxanı rayonunda 1973-cü il təvəllüdlü Arzu Balabəyova ailə məişət zəminində bıçaqlanıb.

Əməli törətməkdə şübhəli bilinən qadnın həyat yoldaşı 1970-ci il təvəllüdlü Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkimdir.

Bütün xəbərlər Facebook səhifəmizdə