İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı

“İsrail hökuməti Qətərin “Əl-Cəzirə” telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib”. SİA xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahunun “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) səhifəsində dərc edilmiş bəyanatda deyilir.

“Başçılıq etdiyim hökumət yekdilliklə qərar verdi: İsraildə təxribat xarakterli “Əl-Cəzirə” kanalı bağlanacaq”, - mətndə deyilir.

Bundan əvvəl İsrail Knesseti (parlamenti) ikinci və üçüncü yekun oxunuşlarda ölkədə “düşmən mediasının” bağlanmasına icazə verən qanunu təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə