Rusiya Nigerə hərbi texnika tədarük edib

Rusiyadan iki yük təyyarəsi Nigerə hərbi texnika çatdırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Tele Sahel” telekanalı iddia edib.

Bildirilib ki, “bir aydan az müddətdə Rusiya Niameyə hərbi texnika və bir neçə təlimatçı daşımaq üçün üç yük reysi göndərib”.

Telekanal qeyd edib ki, uçuşda həmçinin Niger sakinləri üçün humanitar yardım çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB