İnquş İstiqlal Komitəsi Rusiyada arzuolunmaz kimi tanınıb...

Komitə İnquşetiyanın Rusiya Federasiyasından ayrılması və müstəqil İnquş dövlətinin yaradılmasının tərəfdarıdır

...Bu arada Rusiya Ədliyyə Nazirliyi İnquş Müstəqilliyi Komitəsini arzuolunmaz təşkilatlar siyahısına daxil edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu qeyri-rəsmi təşkilat 2023-cü ilin yanvarında yaradılıb və mənzil-qərargahı Türkiyədə yerləşir.

...Komitə İnquşetiyanın Rusiya Federasiyasından ayrılması və müstəqil İnquş dövlətinin yaradılmasının tərəfdarıdır.

Komitə həmçinin İnquşetiya ərazisinin təxminən 9 faizinin Çeçenistanın nəzarətinə keçdiyi 2018-ci il Çeçen-İnquş sazişlərini tanımır və torpaqların geri qaytarılmasını tələb edir.

Yanvarda İnquş Müstəqillik Komitəsi Rusiya Ədliyyə Nazirliyi tərəfindən qondarma xarici agentlərin reyestrinə daxil edilib.

Xatırladaq ki, onun nümayəndələri 2023-cü ilin martında arzuolunmaz təşkilat kimi tanınan “Post-Rusiyanın Azad Xalqları Forumu”nda iştirak ediblər.

Yeri gəlmişkən, Rusiyada arzuolunmaz təşkilatlarla əməkdaşlığa görə cinayət məsuliyyəti var.

Ümumilikdə Rusiyada 150-dən çox təşkilatın fəaliyyəti bu şəkildə qadağan edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə