Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Mayın 5-də saat 15:30 radələrində Sabunçu rayonu ərazisində 1996-cı il təvəllüdlü Məmmədova Ayşən Namaz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, onun həyat yoldaşı, cinayət əməlini törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Məmmədov Nurəddin Mehbalı oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə