Litva Minskdə hökuməti devirmək üçün yaraqlılar hazırlayır..?

...Litva Minskdə hökuməti devirmək üçün silahlılara təlim keçir. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Aleynik deyib.

O qeyd edib ki, Litva hakimiyyəti Belarusda hökuməti devirməyi planlaşdıran “paramilitar birləşmələrin təlimini dəstəkləyir və maliyyələşdirir”.

Aleynik əlavə edib ki, Minskdə Litvada belə birləşmələrin hazırlanması və maliyyələşdirilməsi ilə bağlı sübutlar da var. ...Bundan əvvəl Belarus lideri Aleksandr Lukaşenko qeyd edib ki, xaricə qaçan müxalifətçilər guya Belarusun Kobrin bölgəsini ələ keçirməyi planlaşdırırlar və hətta qoşun göndərmək üçün NATO-ya müraciət etməyə hazırdırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə