Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Mayın 5-də Azərbaycan Premyer Liqasında XXXIII turun növbəti oyunu keçirilib.

SİA xəbər verir ki, günün ikinci matçında “Araz-Naxçıvan” və “Sabah” komandaları üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 1-ci dəqiqədə Ayaz Quliyev vurub.

Bu nəticədən sonra xallarını 52-yə çatdıran “Sabah” üçüncü pilləyə yüksəlib. “Araz-Naxçıvan” isə 35 xalla doqquzuncu yerdə qalıb.

Qeyd edək ki, tura mayın 6-da keçiriləcək “Səbail” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə