Mais Səfərli: “Arif Hacılının tədbirə gəlməməsini onun belə tədbirlərdən qaçması kimi qiymətləndirmək lazımdır ” RƏY-ÖZƏL

“Bildiyiniz kimi, Azərbaycan çox partiyalı sistemdir”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, yəni Azərbaycanda çoxlu sayda partiyalar var və onların böyük əksəriyyəti də müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalardır: “Bu Azərbaycanın demokratik, hüquqi dövlət olduğunun bir göstəricisidir. Azərbaycanda partiya yaratmağın, özü demokratiyadan xəbər verən bir haldır. Bütün demokratik, hüquqi dövlətlərdə olduğu kimi Azərbaycanda da ümummilli məsələlərdə iqtidar-müxalifət partiyalarının bir araya gəlməsi çox vacib məsələdir. Həmişə iqtidar bu mövqedən çıxış edib. İqtidar hesab edir ki, ümummilli məsələlərdə bir yerdə olmalıdır. Bizim Qarabağ kimi çox ciddi bir problemimiz var ki, bu məsələlərdə bir yerdə olmalıyıq, bir düşünməliyik və bizim düşmənlərimizdə görməlidir ki, ümummilli məsələlərdə xalqla hakimiyyət bir yerdə olduğu kimi bütün iqtidar-müxalifət partiyaları da bir yerdədir. Dönə-dönə iqtidar bunu bəyan edib. Amma çox təəssüflər olsun ki, radikal müxalifətin ucbatından bu məsələlər çox halda baş tutmayıbdır. Elə sonuncu keçirilən tədbirin özünün ümummilli məsələlərdə bir araya gəlmək baxımından atılan mühüm addım idi. Lakin adını çəkdiyiniz partiyaların orda iştirak etməməsi elə hesab edirəm ki, o partiyaların konstruktiv dialoqa hazır olmadıqlarını göstərir. Tədbirə AXCP-nin dəvət edilməməsinin səbəbini isə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı açıqlamışdır. Hesab edirəm ki, bir təbdir iştirakçısı kimi onun bu açıqlamasına hörmətlə yanaşmaq lazımdır. Arif Hacılıya dəvət göndərildiyi halda tədbirə gəlməməsini hesab edirəm ki, onun belə tədbirlərdən qaçması kimi qiymətləndirmək lazımdır. Hər halda cəmiyyət kimin kim olduğunu çox yaxşı bilir və cəmiyyətində marağındadır ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ümummilli məsələlərdə birlik nümayiş etdirsinlər”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...