Daşnaqlar vəzifədən uzaqlaşdırılır

Hakimiyyətin struktur dəyişiklikləri adı altında “Daşnaqsütün” üzvləri vəzifədən uzaqlaşdırılacaqlar. SİA-nın məlumatına görə, “Past” qəzeti yazır ki, yuxarı eşalonun tapşırığı ilə “Daşnaqsütun”un bir sıra səlahiyyətli şəxsləri hədəfə alınıb.

Qəzet yazır ki, hökumətin struktur dəyişikliyi bəhanəsinə görə ərazi idarəetmə və inkişaf nazirliyi aparatının rəhbəri Masis Baqdasaryan yaxın zamanda öz vəzifəsi ilə vidalaşacaq. Eyni zamanda nazirliyin baş katibi Aqasi Matilyan da vəzifəsindən uzaqlaşdırılacaq.

Yeri gəlmişkən, qəzetin məlumatına görə atrıq onların müvafiq olaraq əvəz olunması üçün hakimiyyətin namizələri də var.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə