Parlament Nazirlər Kabinetinin hesabatını qənaətbəxş sayıb

Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı qənaətbəxş sayılıb. SİA-nın məlumatına görə, spiker Oqtay Əsədov deyib ki, çıxış edən millət vəkillərinin hamısı Nazirlər Kabinetinin hesabatını qənaətbəxş sayıb.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə 1 məsələ daxil edilmişdi. Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatını Baş nazir Novruz Məmmədov özü təqdim etdi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə