“Vaxtilə başqa fikirdə olanlar bu gün Azərbaycanın mövqeyini müdafiə edirlər" ÖZƏL-MÖVQE

“Son dövrlər ərzində beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif səviyyələrdə səslənən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin və daha da güclənməsinin növbəti göstəricisidir. Biz beynəlxalq ictimaiyyət deyəndə müvafiq beynəlxalq qurumları – BMT, ATƏT, NATO, İƏT və s. nəzərdə tuturuq”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, dünyanın bütün aparıcı dövlətlərinin xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin Azərbaycanın mövqeyinin müdafiəsi təbii ki, uzun illər ərzində cənab Prezidentimizin apardığı çox uğurlu siyasətinin nəticəsidir: “Vaxtilə başqa fikirdə olanlar bu gün artıq birmənalı Azərbaycanın mövqeyini müdafiə edirlər. Bu cənab Prezidentimizin zərgər dəqiqliyi ilə bu sahədə gördüyü işlərin artıq bəhrəsidir. Son vaxtlar Almaniya kimi Avropanın aparıcı bir dövlətinin, Böyük Britaniyanın rəsmi nümayəndəsinin, bu günlərdə ABŞ-ın Ermənistandakı səfirinin və s. Azərbaycan parlamentinin 100 illik təntənəli iclası zamanı Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi, müdafiə etməsi təbii ki, ölkə başçısı cənab İlham Əliyevin gördüyü işlərin səmərəsidir, nəticəsidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə