Paşinyan Levon Ter-Petrosyanla nəyi müzakirə edib?

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət sarayında ölkənin birinci prezidenti olmuş Levon Ter-Petrosyanı qəbul edərək, onunla görüş keçirib. SİA Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş Petrosyanın şəxsi təşəbbüsü əsasında baş tutub.

Görüş zamanı Petrosyan Ermənistanın qarşısında duran bir sıra çağırışların aradan qaldırılması yolları üzrə baş nazir Paşinyana öz mövqeyini bildirib, təkliflər verib.

Danışıqlarda, həmçinin, Dağlıq Qarabağ münaqişəsi və xarici siyasətlə bağlı məsələlər də müzakirə edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə