Gürcüstanda dövlət bayraqları endirilib

Gürcüstan parlamentinin qərarı ilə fevralın 25-i ölkədə Sovet İşğalı Günü günü elan olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bununla əlaqədar olaraq bu gün dövlət idarə və müəssislərində dövlət bayraqları endirilib.

Müstəqil Gürcüstan dövlətinin sovet imperiyası tərəfindən işğalı zamanı həlak olmuş insanların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Sovet İşğalı Günü ilə əlaqədar paytaxtda və bölgələrdə tədbirlər keçirilir, gənclərə sovet işğalı ilə bağlı məlumatlar verilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...