Tusk: "Polşa Avropa Birliyinin tərkibindən çıxa bilər"

"The Telegraph" yazır ki, Polşa Avropa Birliyini tərk etmək üçün referendum keçirə bilər. Bu barədə Avropa Birliyi Şurasının sədri Donald Tusk bəyan edib ki, rəsmi Varşava Brüsselə yalnız pul mənbəyi kimi baxır və əgər maliyyələşmə dayandırılarsa Polşada referendum keçiriləcək. SİA xəbər verir ki, “The Telegraph”a açıqlamasında Tusk Polşada hakimiyyətdə olan “Hüquq və Ədalət” Partiyasının Avropa Birliyinə üzvlükdə marağının yalnız ondan vəsait almaqdan ibarət olduğunu deyib. Polşa hakimiyyəti üçün ümumi bazar, haqq ədalət rejimi, təhlükəsizliyin qarantiyası heç bir əhəmiyyət kəsb etmir. Əgər Varşava Avropa Birliyinə vəsait ödəməyə təhrik etdirilərsə, Tuskun sözlərinə görə, Polşa həmin an Böyük Britaniyada keçirilən referenduma analoji bir referendum keçirmək qərarı verəcək.

Baxmayaraq ki, Polşa Avropa Birliyinin yarandığı vaxtdan ona ilk üzv dövlət olub, 2017-ci ilin dekabr ayında Brüssel Polşanı Avropa Birliyində səs hüququndan məhrum etmək barədə sanksiya proseduruna start verib. Brüsselin narazılığına səbəb Polşanın lideri Anjey Dudanın hüquqi islahatları olub. Rəsmi Brüssel tərəfindən iddia olunur ki, Dudanın hüquqi islahatları demokratiyanın baza prinsiplərinə ziddir.

Donald Tusk Böyük Britaniyanın AB-ni tərk etməsi ilə paralel müqaisələr apararaq müvafiq ssenarinin təkrarlanmasının mümkünlüyünü vurğulayaraq qeyd edir ki, Polşa hakimiyyəti Brüsseldən maliyyə alınmasının dayandırılması və mənfəət əldə etməyəcəyi reallığı ilə qarşışalacağı təqdirdə Avropa Birliyini tərk etmək barədə referendum keçirəcək.

Xatırladaq ki, Böyük Britaniya da son vaxtlar Avropa Birliyini tərk etmək barədə qərar qəbul edib.

Göründüyü kimi, Avropa ölkələri, ələlxüsus ən nüfuzlu ölkələr, hətta Avropa Birliyi üzvlüyünə ilk qatılan ölkələr artıq AB-ni çox asanlıqla tərk etmək qərarına gəlir. Deməli, bu təşkilatın nüfuzu öz coğrafi arealında belə yetərincə deyil və qurumda üzv olaraq qalmaq artıq heç bir ölkənin maraq dairəsinə uyğun gəlmir. Artıq Polşanın misalında aydın olur ki, hər bir ölkə özünün hüquqi islahatlarını aparmaq marağındadır və buna Avropa Birliyinin münasibəti necə olacağı belə heç bir narahatlıq doğurmur. Hər bir Avropa ölkəsi öz qanunlarını, öz qərarlarını heç də Avropa Birliyinin qərarlarından aşağı hesab etmir. Bir sözlə, AB və onun mövqeyi, qərarları, qanunları heç də hərhansı dövlətin qərarlarından, qanunlarından daha ali hesab edilmir. Hətta, Böyük Britaniyanın və Polşanın misalında göründü ki, birliyin tələbləri, sanksiyaları belə heç bir Avropa dövləti tərəfindən hesaba alınmır və buna məhəl qoyan da yox. Daha dəqiq desək, bütün bu faktlar onu deməyə əsas verir ki, Avropa Birliyi nəinki öz nüfuzunu itirib, hətta bundan sonra mövcudluğu belə şübhə doğurur.

İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...