Sabiq prezident: “Forum gənclərin təcrübəli insanlarla görüşdüyü yeni platformadır”

“Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biriləri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir”. SİA-nın verdiyi məlumata görə, bunu forumda iştirak edən Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib.

Onun sözlərinə görə, bu cür tədbirlərin keçirilməsi dünyada sülhün və sabitliyin bərqərar olmasına öz töhfəsini verir: “Forumun böyük əhəmiyyəti var. Buraya toplaşanlar fikir və təcrübə mübadiləsi aparırlar. Onlar fərqli siyasi quruluşa malik ölkələrdən gəliblər. Beləliklə, bu Forum müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biriləri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir”.

Sabiq prezident əlavə edib ki, fikir mübadiləsi aparmaq problemlərin həllində ən yaxşı yoldur: “Qlobal Gənc Liderlər Forumu gənclərin təcrübəli insanlarla görüşdüyü yeni platformadır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə