“Krasnodar” klubu bir neçə gün əvvəl həbsdən çıxan futbolçusu ilə yollarını ayırıb

Rusiyanın “Krasnodar” klubu bir neçə gün əvvəl həbsdən çıxan futbolçusu Pavel Mamayevlə yolları ayırıb.

SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Pavellə yaşanan vəziyyət çox ağrılı idi. Bütün normal insanlar kimi biz də bunu dərindən hiss etdik. Bu məqam azarkeşlərimizin yaddaşında qalacaq” - deyə klubun mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Mamayev digər rusiyalı futbolçu Aleksandr Kokorinin və onun qardaşı Kirill Kokorinlə birgə ötən il oktyabrın 11-də həbs edilmişdilər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...