Evdə pizza hazırlamaq əslində çox asandır. Bunun üçün tərkibini və bişirilmə qaydasını bilsəniz bəsdir.

SİA asan pizza hazırlamaq üçün nələr lazım olduğunu sizlərə təqdim edir.

Xəmirin tərkibi

5 stəkan un

4 yemək qaşığı zeytun yağı

1 stəkan ilıq su

1 qaşıq duz

1 qaşıq maya

Xəmirin hazırlanma qaydası

İlıq su və mayanı qarışdırın. 10-12 dəqiqə saxlayın. Qrdınca un, duz və yağı əlavə edib yoğurun. Bir qədər ağzını bağlı saxladıqdan sonra xəmiri pizzanı bişirəcəyiniz qaba yayın.

Üzərinə 1-2 qaşıq tomat pastası tökün. Bundan sonrası isə asandır. Öz damaq dadınıza və zövqünüzə uyğun ərzaqlardan pizzaya əlavə edin. Rəndələnmiş holland pendiri, göbələk, zeytun, sosiska, şirin və acı bibərdən istifadə etsəniz pizza daha dadlı olacaq.

Sonda isə hazırladığınız pizzanı əvvəlcədən 200 dərəcədə qızdırılmış sobada bişirin.

Bütün xəbərlər Facebook səhifəmizdə