Kanazava Universitetinin yaponiyalı alimləri istidə dondurmanın əriməsinin qarşısını alan yeni üsul tapıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tapılan üsul nəticəsində dondurma 28 dərəcə istidə öz forma və soyuqluğunu 3 saat müddətində saxlaya bilir.

Alimlərin fikrincə, bu desertə əlavə edilən çiyələk ekstraktı nəticəsində mümkündür. Belə ki çiyələk ekstraktı dondurmada su və südü ayırır və nəticədə desertin üzərinə isti hava feni vurulsa da o öz soyuqluğunu saxlaya bilir.

Maraqlısı odur ki, bu üsul dondurma hazırlamaq üçün səhvən əlverişsiz çiyələk istifadə edən aşpaz tərəfindən kəşf edilib. Beləliklə məlum olub ki, çiyələyin tərkibində olan polifenol maddəsi dondurmanın isti havaya dözümlü desertin hazırlanmasına imkan verir. İce adlı dondurma artıq Yaponiyanın bəzi şəhərlərində satılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə