Sədərək Ticarət Mərkəzində yanğında 7 FHN əməkdaşı tüstüdən zəhərlənib

Sədərək Ticarət Mərkəzində baş verən yanğın nəticəsində 7 nəfər tüstüdən zəhərlənib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanğınla əlaqədar hadisə yerinə 15 təcili yardım briqadası cəlb olunub. Hadisə zamanı 7 nəfər Fövqəladə Hallar Nazirliyinun əməkdaşı tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə