Nəsimi rayonunda aztəminatlı ailələrin göz müayinəsi təşkil edilib

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi ilə bağlı Nəsimi rayonunda silsilə tədbirlər davam edir. SİA-nın verdiyi məlumata görə, Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun müxtəlif tibb ocaqlarında sakinlərin pulsuz göz müayinəsi təşkil edilib.

CeLaMiG Göz Lazer Klinikasında ixtisaslı həkimlər - tibb elmləri namizədi Akif Sadıxov, uzman oftalmoloq Əhməd Abdullayev, oftalmoloq-cərrah Heyran Şirinova tərəfindən sakinlərin görmə qabiliyyətləri müəyyən edilib, göz dibi təzyiqinin və hansısa xəstəliyin əlamətinin olub-olması yoxlanılıb. Həkimlər görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərib, bəzilərinə isə məsləhətlər və ambulator müalicəsi üçün müvafiq reseptlər veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə