15 mindən çox insan qızılca xəstəliyinə tutulub

Cari ilin yanvarın 28-dən fevralın 1-dək Ukraynada 3379 nəfər qızılca xəstəliyinə tutulub. Onlardan 1499 böyük, 1880 nəfəri isə uşaqdır. SİA-nın xəbərinə görə, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, bu ilin əvvəlindən Ukraynada ümumilikdə 15095 nəfərdə qızılca aşkar edilib. Xəstəliklə bağlı ən yüksək göstəricilər Lvov, Vinnitsa, Kiyev və digər bölgələrdə müşahidə olunur.

Ukrayna Səhiyyə Nazirliyi 6-18 yaş arası uşaqlar arasında xəstəliyə qarşı mübarizə üçün təcili tədbirlər proqramı hazırlayıb. Vaksinasiya proqramlarına yanvarın ortalarından başlanılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...