Naxçıvanda gənc oftalmoloqların elmi konfransı keçiriləcək

Bu il noyabrın 30-da Naxçıvanda gənc oftalmoloqların “Müasir oftalmologiyanın son nailiyyətləri və problemləri” mövzusunda elmi konfransı keçiriləcək.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən SİA-ya verilən məlumata görə, konfransda qlaukoma, vitreoretinal patologiya, gözün distrofik və damar xəstəlikləri, oftalmoanesteziologiya, lazer cərrahiyyəsi, habelə digər oftalmoloji məsələlər müzakirə ediləcək.

Çıxışlar və məqalələr üçün müraciətlər sentyabrın 1-dək qəbul edilir. Tədbirin təşkilat komitəsinin verdiyi məlumata görə, konfransın materialları məqalə şəklində “Oftalmologiya” jurnalında dərc olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...