Kanada hakimiyyəti Ukrayna ərazisində pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün Kiyevə 3 milyon Kanada dolları (2,1 milyon dollar) ayıracaq. SİA-nın məlumatına görə, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyer bildirib.
"Kanada Ukraynaya PUA istehsalı üçün 3 milyon dollar ayırır. Bu, Kanadanın Ukraynada hərbi pilotsuz uçan aparatların istehsalına birbaşa töhfə verdiyi ilk hadisədir", - nazir deyib.
Bundan əlavə, Kanada Çexiyanın təşəbbüsü çərçivəsində Ukrayna silahlı qüvvələri üçün sursat almaq üçün 13 milyon dollar (9,5 milyon ABŞ dolları) ayıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB