Əhliman Əmiraslanov: "Ölkəmizdə orta yaş 75,2-yə çatıb"

"Azərbaycanda insanların orta yaşı artıb". SİA-nın xəbərinə görə, bunu AMEA-nın Biologiya və Tibbi Elmləri Bölməsinin akademik-katibi, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov AMEA-nın ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafında əsasdır" mövzusuna həsr olunan elmi sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, 1930-cu illərdə Azərbaycanda orta yaş 30.5 olub:"İndi isə ölkəmizdə orta yaş 75,2-yə çatıb". İnkişaf etmiş ölkələrdə orta yaşın 80-ə yaxın olduğunu deyən Ə.Əmiraslanov söyləyib ki, yaxın gələcəkdə dünyada orta yaş 90-a çatacaq: "Proqnozlara görə, gələcəkdə doğulan hər 100 uşaqdan 3-ü 100 yaşa çatacaq". Akademik çıxışında son illər ölkəmizin səhiyyə, o cümlədən tibbi elmi və təhsili sahələrinin beynəlxalq miqyasda çıxdığını, bu sahələrin inkişafına əlverişli şərait yaradıldığını və nəticədə yeni tədqiqat imkanlarının açıldığını diqqətə çatdırıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə