Səhiyyə Nazirliyindən saxta səhifə ilə bağlı açıqlama

Hazırda Səhiyyə Nazirliyi (SN) tərəfindən bu qurumun saxta səhifəsinin yaradılması ilə bağlı araşdırma aparılır. Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, araşdırma bitdikdən sonra saxta səhifəni açan şəxsə qarşı qanunvericilik çərçivəsində tədbirlər görüləcək.

Qeyd edək ki, SN-nin saxta səhifəsinin açılması və orada arıqlama dərmanlarının endirimli qiymətlə təklf edilməsi barədə məlumatlar yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...