Talassemiya Mərkəzinin xərcləri büdcədə ayrıca nəzərdə tutulacaq

Nazirlər Kabinetinin yeni qərarına əsasən, Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzinin saxlanılması xərcləri gələn ildən etibarən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca nəzərdə tutulacaq. SİA-nın xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən, Səhiyyə Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alınaraq Respublika Talassemiya Mərkəzinin saxlanılması xərcləri 2018-ci ilin əvvəlindən etibarən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulacaq. Maliyyə və səhiyyə nazirliklərinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə