Quba rayonun Qrızdəhnə kəndində ümumi sahəsi 429 m² olan ikimərtəbəli 13 otaqlı mansarda tipli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

FHN-dən SİA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə