Qubada 13 otaqlı ev yanıb

12 Sentyabr 2018 10:09 (UTC+04:00)

Quba rayonun Qrızdəhnə kəndində ümumi sahəsi 429 m² olan ikimərtəbəli 13 otaqlı mansarda tipli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

FHN-dən SİA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.