Axtarışda olan 33 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 94 cinayət faktı qeydə alınıb, onlardan 21-i “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş veriş, nəticədə 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...