Sabirabadda “KamAZ” və “Mercedes” toqquşub

Sabirabad rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza Hacıqabul-Horadiz avtomobil yolunun 14-cü kilometrliyində, Sabirabad rayonu Qaragüney kəndi ərazisindən keçən hissəsində baş verib.

Məhərrəmov Amil adlı şəxs tərəfindən idarə olunan “KamAZ” markalı yük maşının “Mercedes” markalı 90 DR 251 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşması nəticəsində sonuncunun sürücüsü Şirvan sakini, 1984-cü il təvəllüdlü Qəniyev Polad Əlisəmid oğlu ağır kəllə-beyin travması alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə