Müəllimlər üçün seminarlar keçirilir FOTO

Ümumi təhsil müəssisələrində ibtidai sinif metodbirləşmə sədrləri və müəllimləri üçün seminarlar keçirilir.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunmuş seminarların əsas məqsədi sinfin idarəedilməsi üzrə zəruri bilik və bacarıqları formalaşdırmaq, dərs prosesinin daha yaxşı təşkilinə dair zəruri məlumatları çatdırmaq, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması işinə dəstək vermək və təhsilin keyfiyyətinin artırılmasında müəllimin rolunu vurğulamaqdan ibarətdir.

Paytaxtın 12 inzibati rayonu üzrə təşkil olunmuş seminarlarda oxu, yazı, riyazi bacarıqlar, diaqnostik və formativ qiymətləndirmənin təşkili, onların nəticələrinin təhlili, dərsin düzgün istiqamətdə qurulması, müvafiq sənədlərin hazırlanması zamanı müəllimlərin qarşılaşdıqları problemlərin həlli yollarının müəyyənləşdirilməsi barədə söhbətlər aparılır, müəllimlərə müvafiq tövsiyələr verilir.

Seminarların sonunda mövzu ətrafında fikir mübadiləsi aparılır, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...