Peşə məktəblərində müalicəyə ehtiyacı olanlara əlavə xidmət göstəriləcək
Peşə təhsili müəssisələrində müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidməti göstəriləcək. SİA-nın məlumatına görə, bu barədə Baş nazir Novruz Məmmədov qərar verib.
Qərara görə, "Peşə təhsili müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidməti göstərilməsi Qaydası” təsdiq edilib.
Peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslər üçün fərdi qaydada aparılacaq müalicə-bərpa xidmətləri ərazi dövlət tibb müəssisələri tərəfindən müəyyən edilir.
Peşə təhsili müəssisəsində müalicəyə və ya müalicəbərpa xidmətinə ehtiyacı olan yetkinlik yaşına çatmayan şəxslərə, təxirəsalınmaz hallar istisna olmaqla, digər tibbi xidmətlər onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə göstərilir.
Peşə təhsili müəssisəsində müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidmətləri dövlət büdcəsi vəsaiti hesabına göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə