Məktəbəhazırlıq qruplarına getməyən uşaqlar üçün məhdudiyyət olacaqmı? RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi məktəbəhazırlıq qruplarına getməyən uşaqlar üçün I sinfə qəbul zamanı hər hansı bir məhdudiyyətin tətbiq olunub-olunmayacağını açıqlayıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, məktəbəhazırlıq qruplarına getməyən uşaqların I sinfə qəbuluna heç bir məhdudiyyət qoyulmur.

Nazirlikdən əlavə edilib ki, ötən il məktəbəhazırlıq təhsilinin əhatəsi ölkə üzrə 55%-ə çatıb.

Məktəbəhazırlıq qrupları ölkə üzrə 2795 dövlət məktəblərində təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə