Son 11 ayda hasil olunan neft və qazın həcmi açıqlanıb

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 35 milyon 467,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 27 milyard 746 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 17 milyard 417 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 11 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 32,3 milyard manat olmaqla əvvəlki ilin yanvar-noyabr aylarına nisbətən 0,2 faiz çoxalıb.

Ölkədə neft istehsalı 0,2 faiz, qaz hasilatı isə 4,9 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə