Noyabrın 9-da Azərbaycan Milli Xalça Muzeyində “Bir eksponatın tarixi” layihəsi çərçivəsində növbəti mühazirə oxunacaq. SİA-nın məlumatına görə, mühazirə zamanı muzeyin kolleksiyasındakı nadir eksponatlardan olan “Quşburun” çarığının tarixindən danışılacaq.
Azərbaycan dilində səslənəcək mühazirəni tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova deyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə