Ağstafa regional mərkəzdə səyyar seminar-treninqə start verildi FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin Səyyar yay seminar- treninqlərinin keçirilməsi haqqında müvafiq əmrinin icrası ilə bağlı Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birlikdə Ağstafa regional mərkəzində abidə mühafizəçiləri üçün növbəti səyyar seminar-treninqə start verilib. SİA-nın məlumatına görə, 17 iyul-21 iyul 2018-cı il tarixində Ağstafa regional mərkəz olmaqla Qazax və Tovuz rayonlarını əhatə edən Abidə mühafizələri üçün “Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri” mövzusunda təşkil edilmiş səyyar seminar-treninqdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev, rəis müavini Gülgün Kərimov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu, Tarix elmləri üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov, Mərkəzin səyyar tədrisin təşkili bölməsinin müdiri Turan Məmmədova və həmin bölmənin metodisti Türkan Həsənova iştirak edib.

Qeyd edək ki, 40 saatlıq tədris planı əsasında təşkil olunan seminar-treninqdə əhatə olunan rayonlar üzrə 21 nəfər abidə mühafizəçisi iştirak edir. Treninqdə müzakirə olunan mövzular Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri, eyni zamanda “Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında” qanun və bu qanundan irəi gələn vəzifələrin yerinə yetirilməsi, Tarix və mədəniyyət abidələrinin anlayışı və təsnifatı, Abidələrin pasportlaşdırılması, siyahıya alınması və s. məsələləri əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə