ADGTT-nın aktyoru Rusiya səhnəsində çıxış edəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kalmık Milli Dram Teatrının həyata keçirdiyi “Dram artistləri oxuyur” adlı yeni teatr layihəsində iştirak etmək üçün Elista şəhərinə yola düşüb. SİA-nın məlumatına görə, Kalmık xalqının milli bayramı olan “Çaqan Sar” münasibətilə təşkil ediləcək konsert proqramında aktyorun ifasında yalnız kalmık və azərbaycan dilində mahnılar səslənəcək.

Qeyd edək ki, 2014-cü ilin aprel ayının 13-də Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır. İ.Əsədov 2016-cı il mart ayının 8-də Kalmıkiyanın paytaxtı Elista şəhərində Beynəlxalq Qadınlar gününə həsr olunmuş konsert proqramı ilə çıxış etmişdir. Kalmıkiya Dövlət Filarmoniyasında baş tutan konsertdə aktyor- müğənni Filarmoniyanın direktoru, Kalmikiya Respublikasının Əməkdar İncəsənət Xadimi Arkadi Mandjiyevlə bir səhnəni bölüşmüşdür. Bir sıra dövlət rəsmilərinin iştirak etdiyi konsert proqramında İ.Əsədova Kalmıkiya Respublikasının başçısı İ.Zotovun imzası ilə “Azərbaycan və Kalmık xalqları arasındakı mədəni və qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə” “Təşəkkürnamə” təqdim olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...