Kar, kor, kürkü yırtıq virtual radikallar

Söz və mətbuat azadlığı ölkənin demokratik dəyərlərindən hesab olunur və hər bir sivil dövlət bu dəyərlərə sayğı ilə yanaşır. Azərbaycan sivil və demokratik bir dövlət olaraq hər zaman söz və ifadə azadlığına xüsusi diqqət yetirib, mətbuatın inkişafına qayğı göstərib. Təsadüfi deyil ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin sayı durmadan artır. Bu gün onların sayı 5 minə çatıb.

Çox təəssüf ki, Azərbaycanda söz və ifadə azadlığına bu qədər böyük hörmətlə yanaşıldığı halda, dağıdıcı müxalif ünsürlər bunun əksini iddia edir və hətta ölkəmizdə belə bir azadlığın olmaması barədə fikir formalaşdırmağa da cəhd edirlər. Nəzərə alsaq ki, ölkədə internet resurslarından istifadədə heç bir məhdudiyyətlər yoxdur, hər bir vətəndaş, hər kəs istədiyi şəkildə bu resurslardan istifadə edə bilir, bu iddiaların tamamilə əsassız olduğu fakt olaraq ortaya çıxır. Əgər hal-hazırda arzu edən hər bir kəs virtual müstəvidən və sosial şəbəkələrdən istifadə edə bilirsə, istənilən informasiyanı paylaşa bilirsə, yəni məhdudiyyətsiz informasiya mübadiləsi həyata keçirilirsə, hansı söz və ifadə azadlığının olmamasından söhbət gedə bilər?

Acınacaqlısı odur ki, söz və ifadə azadlığından məhrum edildiklərini iddia edənlər utanmadan sosial şəbəkələrdə qərəzli məlumatlar paylaşır, canlı yayımdan istifadə edir, istənilən mövzuda öz fikirlərini ictimailəşdirir və hələ bir bundan sonra ölkədə söz azadlığının təmin edilmədiyini dilə gətirirlər. İstənilən adam virtual müstəvidə özünə məxsus səhifə yaradaraq, canlı bağlantılara girir, istədiyi adamla video-müsahibəsini, görüntülərini canlı yayım vasitəsilə ictimai müzakirəyə çıxarırsa, bəs hansı üzlə söz azadlığının məhdudlaşdırılmasından danışırlar? Bəzən, ümumiyyətlə aidiyyəti olmayan adamların, hətta uyğunsuz müzakirələri belə qadağasız və məhdudiyyətsiz şəkildə yayımlanır, necə deyərlər, hər kəsin də öz arşınına görə baxış bucağı paylaşılır.

Sevinc Osmanqızının internet resurlarından istifadə edərək, virtual müstəvidə öz prizmasını ortaya qoyması, arqumentsiz və əsassız iddialarla mühakimə etmək cəhdi, haqlı olaraq ictimai narazılığa səbəb olub. Mütəmadi olaraq dacıdıcı müxalifət düşərgəsinin nümayəndələrini dəvət edib, aidiyyatı oldu-olmadı müxtəlif sahələr barədə rəyini soruşması və qeyri-peşəkarların da ağlına nə gəldi danışmaları, təbii ki, ictimai narazılığa səbəb olmaya bilməz.

Tez-tez qondarma "Milli Şura" üzvləri, əsasən də, Gültəkin Hacıbəyli ilə videobağlantı yaradan Osmanqızı elə zənn edir ki, ya beynəlxalq səviyyəli, sertifikatlı bir siyasi icmalçı tapıb, ya da qlobal miqyaslı siyasi ekspertdən müsahibə alır. Əcəb şərhçi tapıb. Mən bu Gültəkinə "şərhçi" yox "gopcu" desəm, lap yerinə düşərdi. Elə pafosla mənim müşahidələrim də deyir ki, guya bunun müşahidəsi nə kimi əqli nəticə vəd edə bilər. Axı ay Gültəkin, sən kimsən? Kim olmusan? İndi icmalçı kimi danışmağa nə cürət edirsən? Palatka toyunda özünə əl qatan dul arvadlar kimi nə həvəsindəsən?

Çox maraqlıdır, Sevinc də bu müxalifət başbilənləri kimi harda pəltək-piltək, psixi problemli adamlar var, onlarla siyasi səhnəni bölüşməyə can atır. Yəni harda kar, kor, kürkü yırtıq var, bir-birini tapar, onları da Sevinc tapıb qoyur ekran qarşısına. Bu vəziyyətdə, kar deyir eşidirəm, kor deyir görürəm, çolaq da deyir durun qaçaq.

Tiyəsiz bıçaqla soyub-doğradıqlarını altıyox qazanda elə bişirirlər ki, televiziya efirlərində və filmlərdə gördüyümüz dəlixanalar yada düşür. Görəsən, bunlar fərqindədirlərmi ki, o dəlixanalarda bu havalı insanların yeri görünür?

S.Osmanqızı nə vaxta qədər bu insanlarla əlaqə yaradıb, hap-goplarına qulaq asacaq? Görmürmü bunların yalanlarını? Görmürmü bunların şişirtmələrini? Görmürmü yalançı vədlərini? Məgər nəticəsiz, səmərəsiz və fəaliyyətləri də gözü önündə deyil? G.Hacıbəyli S.Osmanqızına vido-müsahibələrinin birində deyir ki, "Məhsul" stadionunda keçirilən son mitinqdə guya 15-20 min adam toplaşıb. Gültəkin nə vaxt sayıb 15 min adamı? Sevinc, əgər Gültəkinin yalanını görə bilmirsənsə, deyim gör və bil ki, uzunluğu 90 m, eni 45 metr olan stadion, daha dəqiq desək, 4000 kvadratmetr olan meydan uzaqbaşı 8 min adam tuta bilər, özü də basa-bas olmaq şərtilə. Bəs adamdan soruşarlar ki, sən bu rəqəmi goplayanda, özün anlamırdınsa, özün bilərsən, amma bu millətin içində hamının Sevinc ağılda olacağını düşündüyün üçün heçmi utanmırsan? Sevinc, heç olmasa, bu fakt sənə nə isə deməlidir və əgər bu stadiona və həqiqətə sığmayan rəqəm də səni ayıltmasa, deməli, sən özün də xəstəliyə meyillisən, eynən bu radikal müxalifət və bu hap-gop edənlər kimi.

İnam HACIYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...